Məşhur kosmetika firmasının yeni reklamı başına BƏLA OLDU - FOTO
9-10-2017, 11:29
Məşhur kosmetika firması çəkdiyi son reklam filmi ilə dünya mediasını bir-birinə vurub. Publika.az xəbər verir ki, "Dove" firmasının Feysbuk və Tviter hesablarından paylaşdıqları irqçiliyi təbliğ edən reklam filmi izləyicilər tərəfindən kəskin şəkildə tənqid edilib. Reklamda qaradərili bir xanımın firmanın məhsullarından istifadə etdikdən sonra ağdərili bir qadına çevrilməsi təsvir edilib. Kəskin reaksiyalar alan şirkət sosial hesablarından izləyicilərdən üzr istəyib: "Ötən günlərdə yayımlanan reklam filmində həssas məqam diqqətdən yayınıb. Məqsədimiz irqçiliyi təblik etmək deyildir. Şirkət adından hər kəsdən üzr istəyirik". Sosial şəbəkələrdə izləyicilər "təmizlik başqa bir şeydir, ağdərili olmaq başqa bir şey. Siz açıq-aydın irqçilik edirsiz" ifadələrini yazaraq bu firmanın mallarını baykot etdiklərini bildiriblər.