Yəməndən Səudiyyə Ərəbistanı ərazisinə ballistik raket atılıb
10-10-2017, 08:22
Yəmən tərəfdən Səudiyyə Ərəbistanı ərazisinə ballistik raket atılıb. Bu barədə Press TV məlumat yayıb. Qeyd olunur ki, raket ölkənin cənub-qərbində yerləşən Cizan dairəsinə düşüb. Dağıntı və tələfat barədə məlumat yoxdur. Səudiyyə Ərəbistanı hökuməti məlumatı hələ ki, şərh etməyb.