Evinə hücum edildi: SAAKAŞVİLİ DAMDA GİZLƏNİR – Təcili

5-12-2017, 12:08           
Evinə hücum edildi: SAAKAŞVİLİ DAMDA GİZLƏNİR – Təcili
Mixail Saakaşvilinin evinə naməlum şəxslər hücum edib.
Muxalifət.az xəbər verir ki, bu barədə informasiyanı öz Feysbuk səhifəsində Ukrayna Baş prokurorunun keçmiş müavini David Sakvarelidze paylaşıb. Onun sözlərinə görə, hazırda bu şəxslər Saakaşvilinin evinin qapısını sındırmağa çalışırlar. Sakvarelidze həmçinin eks-prezidentin tərəfdarlarını Saakaşvilinin evinin qarşısına toplanmağa çağırıb.
Ukrayna mətbuatına açıqlamasında isə Sakvarelidze Saakaşvilinin hazırda yaşadığı binanın damında olduğunu bildirib. Eks-müavin həmçinin hazırda onun evində axtarış aparıldığını vurğulayıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.