Tramp Mahmud Abbasa zəng etdi, “Səfirliyi Qüdsə köçürəcəyik” dedi,sərt cavab aldı

6-12-2017, 00:45           

ABŞ prezidenti Donald Tramp Fələstin lideri Mahmud Abbasa İsraildəki ABŞ səfirliyini Tel-Əvivdən Qüdsə köçürəcəyini bildirib.

Birləşmiş Ştatlar prezidenti bunu Abbasla telefon danışığı zamanı bəyan edib.

Öz növbəsində, prezident Abbas bu cür addımın ciddi fəsadlarla nəticələnəcəyi haqqında ABŞ liderini xəbərdar edib. Onun sözlərinə görə, qərar bölgədə və dünyada təhlükəsizliyin və sabitliyin pozulmasına gətirib çıxaracaq/Trend












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru