Mixail Saakaşvili: "Pyotr Poroşenkonun adından mənə hədə-qorxu gəliblər"

6-12-2017, 07:41           
Mixail Saakaşvili: "Pyotr Poroşenkonun adından mənə hədə-qorxu gəliblər"
Gürcüstanın sabiq prezidenti, Ukraynanın Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvili iddia edir ki, ukraynalı sahibkar Aleksandr Qranovski ondan mitinqlərdə çıxışlara son qoymağı tələb edib. M.Saakaşvili bu tələbə əməl etməyəcəyi təqdirdə prezident Pyotr Poroşenkonun adından çıxış edən sahibkar onu məhkəmələr və deportasiya ilə üzləşəcəyi ilə hədələyib.

“Poroşenko bir neçə həftə əvvəl Qranovskini yanıma göndərib. O mənə dedi: “Əgər çıxışlara son qoymasan, biz sənin əleyhinə olan materialları təqdim edərək, səni məhkəmələr qarşısına çıxaracağıq və Gürcüstana göndərəcəyik”, - deyə Saakaşvili Ali Rada qarşısında tərəfdarlarına bildirib.

Qeyd edək ki, ötən gün hüquq-mühafizə orqanları tərəfindən saxlanılan, lakin sonra tərəfdarlarının köməyi ilə azad edilən M. Saakaşvili Radanın qarşısında aksiya keçirərək kiyevliləri Maydana toplaşmağa çağırıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru