Tramp bir sıra dövlət başçıları ilə Yerusəlimin statusunu müzakirə edib

6-12-2017, 07:49           
Tramp bir sıra dövlət başçıları ilə Yerusəlimin statusunu müzakirə edib
ABŞ prezidenti Donald Tramp İsrailin, İordaniyanın, Fələstinin, Misirin və Səudiyyə Ərəbistanının hakimiyyət rəhbərləri ilə Yerusəlimin İsrailin yeni paytaxtı kimi tanınması məsələsini müzakirə edib.
"Report" xəbər verir ki, bu barədə "ABC" Ağ Evə istinadən məlumat yayıb.
"Prezident İsrail-Fələstin sülh danışıqlarının irəliləyişi üzrə mövqeyini təsdiq edib və danışıqlara dəstək ehtiyacını qeyd edib. O, həmçinin regionda sülhün saxlanılması üzrə səylərin irəliləyişində hər müttəfiqlə ikitərəfli əməkdaşlığın əhəmiyyətini vurğulayıb. Ölkə liderləri həmçinin Yerusəlimlə bağlı potensial qərarları müzakirə ediblər", - deyə Ağ Evin xəbərində bildirilir.
Daha əvvəl KİV bildirib ki, Tramp Yaxın Şərq ölkələrinin liderlərinə məlumat verib ki, o, çərşənbə günü Yerusəlimi İsrailin paytaxtı kimi tanıya bilər.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.