Kolumbiyada şaxtada partlayış olub. "Report" "RT"ə istinadən xəbər verir ki, bu barədə ölkənin regional hökuməti məlumat yayıb. Məlumata görə, hadisə Boyaka departamentində, Koralles bələdiyyəsinin Reyes-Patriya kəndində baş verib. Partlayış nəticəsində 6 nəfər həlak olub. Risklərin İdarə Olunması Departamentinin rəhbəri German Bermudes bildirib ki, fövqəladə xidmətlər hadisə yerində işləyir. Hadisənin təfərrüatları barədə məlumat verilmir.