Saakaşvili polis maşınının baqajından çıxdı - VİDEO
18-08-2015, 22:11
Bu gün Odessadakı Polis Akademiyasında qubernator Mixail Saakaşvilinin iştirakı ilə yeni təlim keçirilib.
Axar.az xəbər verir ki, qubernator təlim zamanı gənc polislərlə birgə qanun pozucularının sənədlərinin yoxlanılması və yaralıların polis maşınına yerləşdirilməsini məşq edib.
Ən maraqlı məqamlardan biri isə Saakaşvilinin polis avtomobilinin baqajından çıxarkən jurnalistlərin kameralarına yaxalanması olub.
Qeyd edək ki, ABŞ polisləri ukraynalı həmkarlarının təkmilləşdirilməsi ilə məşğuldurlar. Onların Odessaya gəlməsi Saakaşvilinin ABŞ səfiri Cefri Payetlə görüşündən sonra baş tutub.