Almaniyanın ən böyük şirkətlərindən olan “Fraport”un uzun müddətdir davam edən müzakirələrdən sonra Yunanıstandakı 14 hava limanının idarəetməsinə sahiblənəcəyi açıqlanıb.
Axar.az xəbər verir ki, aralarında Korfu, Kos, Mikonos, Santorini və Kavala aeroportlarının da olduğu 14 aeroportun administratorluğunun “Fraport”a satış qiymətinin 1 milyard 234 milyon avro olduğu bildirilib.
Aeroportların satış qərarı Yunanıstan Baş naziri Aleksis Çipras tərəfindən də açıqlanıb. Bu satışın Yunanıstan üçün müəyyən edilən 86 milyard avroluq üçüncü yardım paketinin bir şərti olduğu qeyd edilib.