Norveç polisi: İŞİD ölkədə terror aktları təşkil edə bilər

31-01-2018, 08:34           
Norveç polisi: İŞİD ölkədə terror aktları təşkil edə bilər
Radikal islamçılar, o cümlədən İŞİD terror qruplaşmasının tərəfdarları 2018-ci ildə Norveçdə terror aktları təşkil edə bilər.

"Report" xəbər verir ki, bu barədə TASS, krallıq Polisinin Təhlükəsizlik Xidmətinə istinadən məlumat yayıb.

Polisin məruzəsində bildirilir ki, radikal şəxslər və bir qrup insanlar bu il krallıq üçün ən böyük terror təhlükəsi yaradacaqlar. Xidmətin ehtimallarına görə, terror aktlarının həyata keçirilməsi cəhdləri mümkündür.

Terror aktlarının 1 yaxud 2 nəfərin iştirakı ilə keçiriləcəyi, odlu silahdan, partladıcı qurğudan, nəqliyyat vasitəsindən istifadə ehtimal edilir. Xidmət ötən ilin noyabrında Norveçdə terror aktlarının təhlükəsi səviyyəsini 5 mümkün səviyyədən 3-4-cü kimi aşağı səviyyəli olaraq qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru