Nadir “Ferrari”nin qiyməti təəccübləndirdi - FOTO

7-05-2024, 09:46           
Nadir “Ferrari”nin qiyməti təəccübləndirdi - FOTO
1958-ci ildə istehsal olunmuş nadir “Ferrari 250 GT Pinin Farina Series I” mayın 10-11-də Monakoda “RM Sotheby's” auksionunda satışa çıxarılacaq.

Bu kabrioletlərdən cəmi 40 ədəd istehsal edilib və satışa çıxarılan avtomobil 23-cüdür. Lotun gözlənilən dəyəri 4,5-5 milyon avro təşkil edir.

İlk analoji avtomobil 1957-ci ildə Cenevrə avtosalonunda təqdim edilib. Bu, “Ferrari”nin ilk seriya kabriolet modeli olub.

Maraqlıdır ki, bu avtomobil ilk dəfə deyil ki, “RM Sotheby's”də hərraca çıxarılır. 2021-ci ilin noyabrında Pol Rikar (Fransa) avtodromunda keçirilən hərracda eyni nümunə 4,4 milyon avroya satılıb.



Mənbə: championat.com












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru