Yezidilər də keşiş Baqratın İrəvana revanşist yürüşünə qoşuldu... - Ermənistan KİV

7-05-2024, 11:38           
Yezidilər də keşiş Baqratın İrəvana revanşist yürüşünə qoşuldu... - Ermənistan KİV
Ermənistanın yezidi kürd icmasının nümayəndələri üzdəniraq din xadimi, Ermənistanın Tavuş yeparxiyasının baş keşişi Baqrat Srbazanın rəhbərlik etdiyi Azərbaycanın Ermənistanla sərhədlərinin Qazaxın məlum 4 kəndindən başlanan demarkasiya-delimitasiya prosesinə qarşı yönəlmiş revanşist, rusiyapərəst hərəkata dəstəklərini ifadə edərək mübarizəyə qoşulublar.

Moderator.az xəbər verir ki, bu haqda news.am məlumat yayıb.

“Mübarizəmizə qoşulmağımızın bir şüarı var: mənim uşağım və sizin övladınızın öz vətənində beşiyi qoymaq üçün təhlükəsiz yeri olsun, orada ana öz ana dilində övladı üçün layla oxusun və onun sarsıla biləcəyindən qorxmasın", -yezidi icmasının nümayəndəsi bildirib.

Keşiş Baqrat yezidi icması nümayəndələrinin addımını alqışlayıb. “Sizin varlığınız bizim hamımız üçün son dərəcə vacibdir, çünki Ermənistan sizin dövlətinizdir, bütün müharibələrdə sizin iştirakınız, dövlətimizin qurulmasında azlıq kimi deyil, bütövlükdə böyük xidmətləriniz var. "Azlıq" termini bizim üçün işləmir"

Xatırladaq ki, keşiş Baqrat Qalstanyanın rəhbərlik etdiyi, Xocalı canisi, terrorçu eks-prezident Robert Köçəryanın lideri olduğu "Hayastan" blokunun da dəstəklədiyi revanşist, irqçi hərəkat İrəvana yürüşünü davam etdirir...












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.