Sunak: Britaniya İsrailin Rəfahda hərbi əməliyyata başlaması ehtimalından narahatdır

7-05-2024, 12:24           
Sunak: Britaniya İsrailin Rəfahda hərbi əməliyyata başlaması ehtimalından narahatdır
Böyük Britaniya hökuməti İsrailin Qəzza zolağının cənubundakı Rəfah şəhərində hərbi əməliyyat başlaması ehtimalından narahatdır.

Bu barədə Böyük Britaniyanın Baş naziri Rişi Sunak bildirib.

“Rəfahda sığınacaqlarda olan mülki əhalinin sayını və qonşu Misirdən humanitar yardımın çatdırılması üçün yerli nəzarət-buraxılış məntəqəsinin olmasının əhəmiyyətini nəzərə alaraq, biz ardıcıl olaraq Rəfaha hərbi müdaxilənin mümkünlüyü ilə bağlı narahatlığımızı ifadə etmişik. İsrailin Baş naziri Binyamin Netanyahu ilə bir neçə dəfə bu məsələni müzakirə etmişik”, – Britaniya hökumətinin başçısı “Sky News”a açıqlamasında deyib.

O əlavə edib ki, London Qəzza zolağında atəşkəsin əldə edilməsi üzərində işləyir.

“Hazırda prioritet bütün tərəflərin, xüsusilə də HƏMAS-ın girovların azad edilməsi və daha çox humanitar yardımın çatdırılmasına icazə verilməsi ilə bağlı razılığa gəlmələrini təmin etmək olmalıdır. Bu, davamlı atəşkəsə nail olmaq məqsədilə o vaxta qədər müvəqqəti fasilə yaratmaq planının bir hissəsidir”, – R.Sunak söyləyib.
Mənbə: TASS












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.