"Bankdan kredit ala bilməyən üz tutur bank olmayan kredit təşkilatına, o da gələni yüksək faizlə qarşılayır"

7-05-2024, 10:10           
"Bankdan kredit ala bilməyən üz tutur bank olmayan kredit təşkilatına, o da gələni yüksək faizlə qarşılayır"
"Bank olmayan kredit şirkətləri və ya bank olmayan kreditorlar tərəfindən verilən nağd pul kreditləri üçün bu gün texnologiya sayəsində müraciət etmək tez və asan ola bilər. Çünki indiki vaxtda kredit almaq üçün artıq evdən çıxmağa ehtiyac yoxdur - siz münasib vaxtda və əlverişli yerdə müraciət edə bilərsiniz. Müştəri bütün şərtlərə cavab verərsə və müştərinin ödəmə qabiliyyətini qiymətləndirdikdən sonra bank olmayan kredit təsdiqlənərsə, bir neçə dəqiqə ərzində bank hesabına pul məbləğini almaq mümkündür. Alması rahat və asan olan BOKT-ların verdiyi kreditlər sonradan vətəndaşlar üçün təhlükəyə çevrilə bilər".
İqtisadçı Əkrəm Həsənov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, bank olmayan kredit təşkilatlarında kredit faizləri bir qayda olaraq daha bahadır. Çünki onların "ucuz maliyyə vəsaitləri"nə çıxışı ya yoxdur, ya da ki, çox məhduddur.

Ucuz maliyyə vəsaitləri nədir?
Ekspert vurğulayıb ki, birincisi bank əməliyyatlarıdır. Yəni vətəndaşlar banka əmanət qoyur. İkinci ucuz maliyyə vəsaitləri şirkətlərin, hüquqi şəxslərin bank hesablarında olan pullardır. Bütün şirkətlərin pulları banklardadır.

“Bir də Mərkəzi bankdan uçot dərəcəsi ilə kredit götürməkdir. Bu imkan isə, yalnız banklarda var. Bank olmayan kredit təşkilatında yoxdur. BOKT-lar özləri də, kimdənsə kredit götürürlər. Yəni birinci əldən deyil, ikinci əldən götürürlər. Bu səbəbdən də, onların da faiz dərəcəsi bir qayda olaraq, yüksək olur. Başqa cür ola bilməz. Buna görə də vətəndaşlara maraqlıdır ki, banklardan kredit götürsünlər.

Banklardan kredit götürmək daha çətindir. Bankdan götürə bilməyən üz tutur, bank olmayan kredit təşkilatına. Orada da faiz bir az bahadır. Amma ordan daha rahat götürmək olur”-deyə iqtisadçı bildirib. Onun sözlərinə göər, vətəndaş götürdüyü krediti ödəyə bilmədiyi zaman lombarda və yaxud sələmçilərə üz tutur. Onların faizləri isə daha yüksəkdir. Çünki bu kreditlər artıq ikinci əldən deyil, üçüncü əldəndir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.