İranın təhlükəsizlik qüvvələri sənətçi Aşqın İmaminin evində axtarış aparıb

7-05-2024, 11:13           
İranın təhlükəsizlik qüvvələri sənətçi Aşqın İmaminin evində axtarış aparıb
İran Azərbaycanında sənətçi, mədəni fəal və türk dil haqları müdafiəçisi Aşqın İmaminin evində təhlükəsizlik qüvvələri tərəfindən axtarış aparıldığı bildirilir.

Hüquq müdafiə qurumu AHRAZ və Araz News kimi mənbələrə istinadən, “təhlükəsizlik qüvvələri Təbrizdə sənətçi Aşqın İmaminin evinə hücum edərək axtarış aparıblar. Onun mobil telefonu və bəzi digər əşyası məmurlar tərəfindən müsadirə olunub.”

Məmurlar sənətçidən yaxın günlərdə kəşfiyyat şöbəsinə müraciət etməsini tələb ediblər.

Abbas Lisani Telegram kanalının xəbərinə görə, “təhlükəsizlik məmurları məhkəmə qərarı göstərmədən evə giriblər. Məmurların prinsipsiz hərəkətləri və axtarış zamanı göstərdikləri davranış Aşqın xanımın uşağının qorxmasına səbəb olub.”

Aşqın İmamı illərdir musiqi, ədəbiyyat və dil hüquqları sahəsində göstərdiyi fəaliyyətləri ilə tanınır.

Onun son illərdə İran Azərbaycanının müxtəlif problemləri, o cümlədən Urmiyə gölü məsələsi ilə bağlı ifa etdiyi mahnılar sosial şəbəkələrdə geniş şəkildə paylaşılıb.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru