ABŞ Rusiyanın “nüvə təlimləri”nin təhlükəsi və Moskvanın “məsuliyyətsiz ritorikası” barədə

7-05-2024, 12:49           
ABŞ Rusiyanın “nüvə təlimləri”nin təhlükəsi və Moskvanın “məsuliyyətsiz ritorikası” barədə
Kreml nüvə təlimlərinin keçirilməsi barədə elan etdikdən sonra bazar ertəsi ABŞ Rusiyanın “məsuliyyətsiz ritorikasını” pisləyib. Eyni zamanda, ABŞ Rusiyanın strateji mövqeyində heç bir dəyişiklik görmür.

“Bütün münaqişə boyu Rusiyanın nüvə ritorikası gülünc və məsuliyyətsizdir”, – Dövlət Departamentinin nümayəndəsi Metyu Miller brifinqdə Turan-ın suallarını cavablandırarkən bildirib.

“Bununla belə, biz bu bəyanatlara cavab olaraq öz nüvə siyasətimizi tənzimləmək üçün heç bir səbəb görmürük, həmçinin Rusiyanın Ukraynada nüvə silahı tətbiq etməyə hazırlaşdığına dair əlamətlər görmürük”, – Miller əlavə edib.

Bazar ertəsi Kreml artıq nüvə təlimlərinə hazırlaşmağa “başladığını” bildirib və günahı Ukraynaya qoşun göndərmək niyyətini ifadə edən “Fransa və digər ölkələrin” üzərinə atıb.

Öz növbəsində, Kiyev Moskvanın bəyanatını “Putin rejiminin nüvə şantajı” adlandırıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru