98 yaşlı ukraynalı qadın müharibədən sağ çıxmaq üçün 10 km yol qət edib

7-05-2024, 10:14           
98 yaşlı ukraynalı qadın müharibədən sağ çıxmaq üçün 10 km yol qət edib
Donetsk vilayətinin Oçeretino kəndindən olan 98 yaşlı Lidiya Stepanovna rus qoşunlarının işğal etdiyi ərazidən çıxmaq üçün atəş altında 10 kilometr məsafəni piyada qət edib.

Bu barədə Donetsk vilayətinin polisi danışıb.

Bütün günü yeməksiz, susuz cəbhə xəttindən gedərək, bir neçə dəfə yıxılıb, ayağa qalxıb və yenidən gedib.

“Mən səndələdim və otların içinə yıxıldım. Yuxuya getdim. Sonra qalxıb, yenidən getdim. Və yenə yıxıldım, sonra ayağa qalxdım. Düşünürdüm ki, elə beləcə yavaş-yavaş gedərəm”, – Lidiya Stepanovna bunu, sonradan bu söhbətin yazısını dərc edən polisə söyləyib.


Axşama yaxın yorğun qadını hərbçilər görüb, onu dinc sakinləri cəbhəyanı ərazilərdən təxliyə edən “Ağ mələk” polis qrupuna təhvil veriblər.

Polis bunun dəqiq harada baş verdiyini açıqlamır, lakin nənə birtəhər cəbhə xəttini keçərək Ukraynanın nəzarətində olan əraziyə çata bilib.

Polis qadını sığınacağa aparıb, ona yatması üçün yer və yemək verilib. Onlar həmçinin nə cürsə Lidiya Stepanovnadan ayrı düşmüş qohumlarını tapıblar.

O deyib ki, atışma başlayanda onun gəlini və oğlu qaçmaq qərarına gəliblər, amma deyəsən müxtəlif yollarla gediblər.
Rus artilleriyası nənənin vaxtilə öz əlləri ilə tikdiyi evini dağıdıb.

“Orada hər şey alt-üst olub. Dəhşətdir, orada nələr baş verir... Mən oyandım... onlar hələ atırdılar. Dəhşətdir”, - Stepanovna Oçeretinoda baş verənlərlə bağlı deyib.

Belə bir dəhşətli və yorucu səyahətdən sonra o, çox uzun müddət özünə gələ bilmirdi və başına gələnləri həyəcanla danışırdı.

“Mən o müharibədən sağ çıxdım, indi də bu müharibəni yaşayıram. Mən hər şeyimi itirdim. Bu müharibə elə deyil. Evlər yanır, ağaclar kökündən qoparılıb”, - o deyir.

Qız nəvəsi nənənin dalınca gəlməyi vəd etmişdi.

Rusiya, Ukrayna, müharibə, münaqişəŞƏKLİN MƏNBƏYİ,FACEBOOK.COM/UA.NATIONAL.POLICE
Bir neçə gün əvvəl İvan adlı 88 yaşlı kişi də işğal altında olan Oçeretinonu piyada tərk edib. Polis onu görənə və Pokrovskdakı sığınacağa aparana qədər bütün gecəni gəzib.

İvan söyləyib ki, ruslar onun Ukrayna pasportunu götürüblər və ona rus pasportu verməli imişlər. Lakin o, çantasını yığıb və ərazini tərk edib. Özü ilə yalnız pensiya şəhadətnaməsini götürə bilib.

Ukrayna polis insanları cəbhə xəttini tərk etməyə çağırır.

Rusiya qoşunlarının atəşləri və təhdidləri səbəbindən on minlərlə insan Ukraynanın işğal olunmuş şərqi və cənub ərazilərindən çıxıblar.

Bu yaxınlarda “Ağ mələk”lər Oçeretino qəsəbə icmasının Jelannoye kəndinə ərzaq gətiriblər. Cəbhə kəndində hələ də yüzə yaxın adam qalır.

“Ağ mələk”lərin getdiyi yol indi bütövlüklə Rusiya artilleriyasının atəşi altındadır.

Cəbhə Ukraynanın şərqində yeni şəhərlərə yaxınlaşır. Avdeyevkanı ələ keçirdikdən sonra Rusiya ordusu irəliləyir.

Strateji əhəmiyyətli Avdeyevkanı rus ordusu bu ilin fevralında ələ keçirib. O vaxtdan bəri onlar daha bir neçə kəndi ələ keçirərək, qərbə doğru hərəkət ediblər.

Rusiya Oçeretinoya aprelin sonunda daxil olub. Bu kənd Avdeyevkanın şimal-qərbində yerləşir və cəbhənin bu hissəsində vəziyyət Ukrayna Silahlı Qüvvələri üçün daha da mürəkkəbləşməkdə davam edir.

Oçeretinonun müharibədən əvvəl üç minə yaxın insanın yaşadığı kiçik kənd olmasına baxmayaraq, onun itirilməsi Ukrayna qüvvələri üçün vəziyyəti çətinləşdirə bilər.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.