Ərdoğan: İraqda mübarizə aparacağıq

7-05-2024, 11:58           
Ərdoğan: İraqda mübarizə aparacağıq
Şimali İraqdakı terror bataqlığını tamamilə quruyana qədər mübarizəmizi davam etdirəcəyik.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan aprelin sonunda İraqa 13 ildən sonra baş tutan səfərini şərh edərkən deyib.

"İraq PKK-nı qadağan olunmuş təşkilat elan edib. PKK-nın terror təşkilatı elan edilməsini gözləyirik. Terror bəlası İraq üçün də böyük təhlükədir. PKK İraq və Suriyada özünə yer tapdıqca özümüzü təhlükəsiz hiss edə bilmərik", - Ərdoğan bildirib.

Türkiyə lideri qeyd edib ki, yaxın günlərdə İraq və Suriyadakı əməliyyatlar nəticəsində manevr məkanı daralmış terror təşkilatı zərərsizləşdiriləcək.

Ərdoğan İŞİD-lə mübarizənin də uğurla aparıldığını söyləyib:

"İŞİD bəlası Türkiyə üçün olduğu qədər İraq üçün də təhlükədir. Türkiyə Afrikadakı qardaşlarına İŞİD kimi terror təşkilatlarına qarşı mübarizədə ən böyük dəstəyi verən ölkədir".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru