Avropa İttifaqı “Teleqram”ın işinə nəzarət edəcək

7-05-2024, 12:34           
Avropa İttifaqı “Teleqram”ın işinə nəzarət edəcək
Belçika Poçt Xidmətləri və Telekommunikasiya İnstitutu “Teleqram”ın Avropa İttifaqında fəaliyyətinə nəzarət etməyə başlayacaq.

Azpost.info xəbər verir ki, bu barədə “De Standaart” yazır.

Tənzimləyici sayt sahiblərindən cərimə və ya giriş məhdudiyyəti təhlükəsi altında məzmuna nəzarət etməyi tələb edən Rəqəmsal Xidmət Aktı ilə messencerin işinin uyğunluğunu yoxlayacaq.

“Teleqram” açıqlıq siyasəti sayəsində radikal islamçılar, ifrat sağçı ekstremistlər, həmçinin narkotik və silah alverçiləri tərəfindən istifadə olunmaqda ittiham olunur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru