Floridada 4,5 milyon dollarlıq qızıl sikkələr aşkar edildi

22-08-2015, 23:46           

ABŞ-da xəzinəaxtaranlar 18-ci əsrə aid 4,5 milyon dollar dəyərində sikkə aşkar etdiklərini xəbər veriblər.
İspaniya krallığına aid 350 qızıl sikkədən ibarət xəzinə 300 il müddətində Atlantik okeanının Florida sahillərinə yaxın hissəsində dəniz dibində yatırmış.
Bu xəzinə Kubadan İspaniyaya üzərkən qasırğaya düşmüş qalleon tipli 11 ispan gəmisindən ibarət armada ilə birlikdə batıb.
Florida sahillərində xəzinə axtarışı populyar məşğuliyyətlərdən sayılır.
Bu, son aylarda xəzinəaxtaranların ikinci böyük tapıntısıdır. İyun ayında onlar müasir dəyəri 1 milyon dollar olan 50 sikkə tapmışdılar.
350 qızıl sikkə isə sahil xəttinin bir metrliyində qumun altından çıxarılıb.
ABŞ qanunlarına görə tapıntı dəyərinin 20 faizi Florida ştatına məxsusdur.
Sikkələri tapmış dalğıc - William Bartlett ona düşəcək payın nə qədər olacağını deməyib, yalnız bunu bildirib ki, o “sadəcə olaraq qayıqda üzüb xəyallarla yaşayan bir oğlandır”.
Batmış gəmilərin sahibi Brent Brisben deyib ki, tapılmış sikkələrin arasında 9 ədəd nadir “kral səkkiz eskudoluğu” var. Son tapıntıya qədər dünyada bu sikkələrdən yalnız 20-nin olduğu bilinirdi.
“Bu imperial pullar sikkə zərbinin mükəmməl nümunələridir və İspaniya kralının sifarişi ilə kəsilib” – deyib Brisben.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.