İran nefti istənilən qiymətə satacaq` - Nazir

25-08-2015, 20:16           
İran nefti istənilən qiymətə satacaq` - Nazir
İran qiymətdən asılı olmayaraq öz neftini satmalıdır.

AzVision.az `Reuters`ə istinadən xəbər verir ki, bu barədə İranın neft naziri Bican Namdar Zanqane bildirib

`Biz neftin qiymətinin aşağı və yuxarı olmasından asılı olmayaraq öz neftimizi satmalıyıq. Biz nefti baha qiymətə satmaq istəsək də, qiymət bazar tərəfindən müəyyənləşdirilir. Sanksiyaların ləğvindən sonra İran gün ərzində bir milyondan çox barel həcmində olan bazar payını geri qaytaracaq`, - deyə nazir bildirib.

İran rəsmisi qeyd edib ki, sanksiyalar ləğv oluna kimi İran neft hasilatını gündəlik 500 min barel həcminə çatdıracaq.
Daha əvvəl İran Milli Neft Şirkəti (NİOC)-in beynəlxalq əlaqələr üzrə direktoru Mohsen Kamsari bəyan etmişdi ki, sanksiyaların aradan qaldırılmasından sonra İran neft hasilatını maksimum şəkildə artırmağa, həmçinin Avropa bazarında 42-43%-lik payını bərpa etməyə çalışacaq.

Bazarda tələbat olduğu təqdirdə İran gün ərzində 4 milyon barelə qədər neft hasil edə bilər.

Qeyd edək ki, İrana qarşı sanksiyalar tətbiq olunana qədər ölkə 4 milyon barel neft hasil edirdi.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.