Putin layihəsinə qarşı dirəniş artır: Bizə təhdiddir

10-03-2018, 21:29           
Putin layihəsinə qarşı dirəniş artır: Bizə təhdiddir
Polşa rus qazından asılılığa son qoyub.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Polşa Baş naziri Mateuş Morevetski deyib.

“Polşa çoxdan “Qazprom”dan asılılığına son qoyub. Biz hazırda Danimarka və Norveçlə qaz alışı ilə bağlı danışıqlar aparırıq. Biz “Şimal axını-2” layihəsini Şərqi və Şimali Avropa üçün son dərəcə təhlükəli sayırıq”, – deyə o bildirib.

Qeyd edək ki, Polşa artıq uzun müddətdir bu layihəyə qarşı çıxır. Layihənin gerçəkləşdirilməsini həmçinin ABŞ da istəmir. Vaşinqton “Şimal axını-2”nin onun Avropaya sıxılmış qaz göndərməsinə maneə yaratdığını iddia edir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.