Rus agent və qızının zəhərləndiyi sübut olundu

11-03-2018, 21:55           
Rus agent və qızının zəhərləndiyi sübut olundu
Xəbər verdiyimiz kimi, ötən həftə Rusiya vətəndaşı olan və ingilis kəşfiyyat xidməti MI6-ya çalışan Sergey Skripal qızı Yuliya ilə birlikdə İngiltərə zəhərlənib.

“Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, onların qanından götürülən nümunə laboratoriyada araşdırılıb və kimyəvi maddə olduğu məlum olub.

Həmin maddənin qalıqları agent və qızının zəhərlənmədən iki saat öncə yemək yedikləri “Zizzi” adlı restoranda da aşkarlanıb.

İngiltərə polisi 430-a yaxın şəxsi bu hadisənin araşdırılması üçün vəzifələndirilib.

Xatırladaq ki, məsələ ilə bağlı İngiltərənin xarici işlər naziri Boris Cohnson, bu faktın arxasında Rusiyanın olduğu sübut edilsə, sərt cavab veriləcəyini bildirmişdi.

Qeyd edək ki, casusluqda ittiham edilən Skripal 2010-cu ildə həbs edilsə də, daha sonra 4 casus qarşılığında dəyişdirilmişdi. O, həmin vaxtdan İngiltərədə yaşayır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru