Putindən maraqlı açıqlama:“Babam Leninin və Stalinin aşpazı olub”

11-03-2018, 22:01           
Putindən maraqlı açıqlama:“Babam Leninin və Stalinin aşpazı olub”
Rusiya prezidenti Vladimir Putin Andrey Kondraşovun “Putin” filmində öz ailəsi haqqənda ətraflı danışıb.

Putin öz babası ilə bağlı xüsusi söhbət edib. “O, aşpaz işləyib. Moskva ətrafı bağ evlərindən birində əvvəlcə Leninin, sonra Stalinin aşpazı olub”, – Putin vurğulayıb. Prezident təəccüblə söyləyib ki,onun babası və digər yaşlı qohumları repressiya altına düşməyiblər. “Görünür, bu adamların ziyan gətirməyəcəklərini başa düşərək onların qədrini biliblər”, – Putin əlavə edib.

Qeyd edək ki, Putin 2015-ci ildə Qələbə gününə az qalmış “Rus pioneri” jurnalında ailəsinin Böyük Vətən müharibəsi zamanı həyatına həsr olunan məqalə çap etdirib. Prezident ilk dəfə atasının necə vuruşduğundan, arvadı Mariya İvanovnanı necə xilas etdiyindən, mühasirə zamanı Putinin böyük qardaşının necə ölməsindən bəhs edib. (PRESSDAY.az)












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.