Tereza Mey Rusiyaya qarşı yeni tədbirlərin nəzərdən keçiriləcəyini vəd edib

18-03-2018, 10:20           

23 britaniyalı diplomatın Rusiyadan çıxarılmasına cavab olaraq Böyük Britaniya və müttəfiq ölkələr bu ölkəyə qarşı yeni addımlar nəzərdən keçirəcək. APA-nın Gazeta.ru-ya istinadən verdiyi xəbərə görə, bu barədə Böyük Britaniyanın baş naziri Tereza Mey bildirib.



“Rusiyanın Britaniya ərazisində britaniyalıların və digər vətəndaşların həyatına təhlükə yaratmağa imkan verməyəcəyik. Bütün dünyada üzrə dostlarımız və müttəfiqlərimiz bizə hərtərəfli dəstək verir”, - deyə Mey qeyd edib.

Qeyd edək ki, Böyük Britaniya hökumətinin 23 Rusiya diplomatını ölkədən çıxarmaq qərarına cavab olaraq Moskva da analoji addım atıb.



Rusiya Britaniyanın 23 diplomatını ölkədən çıxarmaq barədə qərar qəbul edilib.



Rusiya Xarici İşlər Nazirliyindən bildirilib ki, ölkədən çıxmaq üçün diplomatlara bir həftə vaxt verilib. Qərar açıqlanmazdan bir neçə saat öncə isə, Britaniyanın Rusiyadakı səfiri Lauri Bristou xarici işlər nazirliyinə çağırılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru