Şahzadə Harri toy öncəsi nikah müqaviləsini imzalamaqdan imtina edib

18-03-2018, 10:33           
Şahzadə Harri toy öncəsi nikah müqaviləsini imzalamaqdan imtina edib
Britaniya şahzadəsi Harri amerikalı aktrisa Megan Markl ilə evlənməkdən əvvəl nikah müqaviləsini imzalamaqdan imtina edib.

“Report” xəbər verir ki, bu barədə vəziyyətlə tanış olan mənbəyə istinadən "Daily Mail" yazıb.

"Nikah müqaviləsi imzalamaq məsələsi heç vaxt Harrinin ağlında olmayıb", - deyə həmsöhbət agentliyə bildirib.

KİV-in məlumatına görə, şahzadənin sərvəti 30 milyon funt sterlinqdir. Amma mənbəyə görə, o, nikah müqaviləsini evliliyinin uzun sürəcəyinə əmin olması səbəbindən imzalamaqdan imtina edib.

Böyük Britaniya kraliçası II Yelizaveta şahzadə Harrinin Megan Markl ilə evlənməsinə rəsmi olaraq icazə verib.

Toy mərasimi 19 may 2018-ci il tarixində Vindzor qəsrinin Müqəddəs Georgi kilsəsində keçiriləcək.
















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru