Kemerovo şəhərindəki yanğın faciəsində itkin düşənlər arasında xeyli sayda uşaq var.
Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, hadisə yerində uşaqlarını tapa bilməyən valideynlər maraqlı addım atıblar. Onlar sosial şəbəkələrdə övladlarının fotolarını yayaraq hər kəsdən kömək istəyiblər. Valideynlər uşaqların sağ olduğuna inandıqlarını qeyd ediblər.