Putinin ofşorlardakı şəxsi hesabları təhlükə altında

27-03-2018, 10:41           
Putinin ofşorlardakı şəxsi hesabları təhlükə altında
Böyük Britaniya parlamentinin Beynəlxalq əlaqələr komitəsi Vladimir Putin və onun yaxın ətrafının ofşor hesablarına qarşı sanksiya tətbiq etmək imkanlarını nəzərdən keçirəcək.

Bu barədə “BuzzFeed” informasiya yayıb.

Məlumata görə, komitə Rusiyanın ittiham olunduğu seriya qətllərin araşdırılmasına başlayıb. Sergey Skripalla qızının zəhərlənməsi və Nikolay Qluşkov hadisələri isə bu prosesin kulminasiya nöqtəsinə çevrilib.

“Kayman, Bermud və Virciniya kimi vergi cənnətlərindəki rus katipalları diqqət mərkəzində olacaq”, - məqalədə qeyd olunub.

Komitə sədri Tom Taqendhat Rusiyanın İngiltərəyə qarşı olduqca düşmən münasibət bəslədiyini bildirib. O, hökumətə rus oliqarxların, o cümlədən prezidentin xalqdan milyardlarla dollar gizlətdiyini açıb göstərmək üçün çağırış edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru