Rus tarixçi III Dünya Müharibəsinin başlama vaxtını açıqladı

31-08-2015, 22:05           
Rus tarixçi III Dünya Müharibəsinin başlama vaxtını açıqladı
ABŞ-da yaşayan rusiyalı tarixçi Yuri Felştinski ABŞ və Rusiya arasında sərt qarşıdurmanın başlanacağı tarixi açıqlayıb.

Publika.az xəbər verir ki, böyük hay-küyə səbəb olmuş “Federal Təhlükəsizlik Xidməti Rusiyanı partladır” kitabının müəllifi Yuri Felştinski ABŞ-ın 2017-ci ilin əvvəlində Rusiyanın hazırkı təcavüzkar siyasətinə sərt şəkildə qarşı duracağını bildirib.

Bu isə yeni ABŞ prezidentinin vəzifəsinə başlayacağı tarixə təsadüf edir.

“Problem onda idi ki, Barak Obama özündən əvvəlki administrasiya tərəfindən başladılan müharibələri qurtarmağa çalışırdı. ABŞ-ın yeni prezidenti respublikaçı və ya demokrat olmasından asılı olmayaraq, Rusiya və İranla bağlı daha sərt mövqe sərgiləyəcək. Rusiya prezidenti Vladimir Putin və İranın ali dini lideri Ayətullah Xamenei də bunu yaxşı bilirlər.

Tarixçinin sözlərinə görə, Rusiya Ukraynaya təcavüzünün ilk mərhələsində yerində fırlanmağa başladı. Bununla belə, Yuri Felştinski uğursuzluqlar və iqtisadi problemlərə baxmayaraq, Rusiya prezidenti Vladimir Putin və onun ətrafının III Dünya Müharibəsinə hazırlığı davam etdirdiyini deyib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.