Danimarkada niqab və pərəncə qadağan edildi

31-05-2018, 00:02           

Woman wearing hijab
Danimarka parlamenti niqab və pərəncənin qadağan edilməsi ilə bağlı qərar qəbul edib.

Oxu.Az “Anadolu” agentliyinə istinadla xəbər verir ki, qanun layihəsinin lehinə 70, əleyhinə 30 deputat səs verib.

Qanun layihəsi avqustun 1-də qüvvəyə minəcək və bu qadağanı pozanlar isə min kron cərimə olunacaq. Dörd dəfədən çox qadağanı pozanlar isə 10 min kron cərimə ödəyəcək.

Danimarka ədliyyə naziri Serena Pape Poulsenanın sözlərinə görə, polis qadınları niqab və pərəncəni soyunmağa məcbur etməyəcək. Qadağanı pozanlar cərimə olunacaq və evə buraxılacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru