ABŞ ordusu Sakit okeanda kiçik adaları məhv etmək məsələsində olduqca təcrübəlidir.
Axar.az xəbər verir ki, bu açıqlama ilə ABŞ Baş Qərargahının sözçüsü general-leytenant Kennet Makkenzi çıxış edib.
Çinin Cənubi-Çin dənizindəki adalarda raketlər yerləşdirməsinə münasibət bildirən Makkenzi II Dünya müharibəsində ABŞ-ın kiçik və izolə edilmiş adaları yox etməkdə təcrübəli olduğunu bildirib.