Rusiya tankları Suriyada göründü
15-09-2015, 10:59
Suriyanın Latakiya əyalətindəki aerodromda Rusiyanın T-90 tankları düzülüb.
ABŞ rəsmiləri bildiriblər ki, Rusiya öz hərbi qüvvələrini məhz bu ərazidə cəmləşdirir.
Onlar deyirlər ki, 7 ədəd T-90 tankı və başqa artilleriya qurğuları dəniz şəhəri Latakiyada yerləşdirilib.
Bundan əvvəl, hələ ötən həftə Rusiydan Suriyaya hərbi texnika və avadanlıq göndərildiyi barədə xəbərlər yayılmışdı.
Rusiyadan Latakiya portuna həmçinin iki tankdaşıyan gəmi yan alıb. Buraya göndərilmiş kiçik matros heyəti ilə daha bir təyyarə gəlib.
Rusiyanın bu ərazidə hərbi texnika cəmləşdirməsinin məqsədləri tam aydfın deyil, lakin ABŞ rəsmiləri güman edirlər ki, söhbət hərbi-hava bazasının müdafiəsinin gücləndirilməsindən gedir.
Moskva Suriyada hərbi ekspertlərinin olmasını etiraf etsə də əlavə məlumat verməyib.
Öz növbəsində rəsmi Dəməşq də Rusiya qüvvələrinin hərbi əməliyyatlarda işrtirak etmədiyini bildirir.
ABŞ mənbələri deyirlər ki, prezident Əsədin rejiminə dəstək verən ruslar Latakiya yaxınlığındakı iki bazanı gücləndirirlər.
Bu da xəbər verilir ki, Moskva Suriyaya min nəfərlik əsgəri qüvvə göndərib.
Bu qüvvələr Tartus bazasını müdafiə etmək məqsədilə gətirilib.
Pentaqonun sözçüsü kapitan Ceff Davis deyib ki, Latakiyadan cənubda canlı qüvvə və texnikanın hərəkətlərindən oradakı bazadan avanqard əməliyyat qərargahı kimi istifadə ediləcəyini göstərir.
Pentaqon həmçinin Rusiyadan göndərilən matros heyətinin 200 nəfər olduğunu bildirib.
ABŞ və Britaniya bildirrilər ki, Suriyadan qaçqın axının yaranmasına səbəb Bəşər Əsədin öz xalqına divan tutmasıdır, Moskva isə belə bir rejimə hərbi dəstək verir.