Müəmmalı yadplanetli siqnal aşkarlandı

3-08-2018, 07:31           
Müəmmalı yadplanetli siqnal aşkarlandı
Kanadanın CHIME (The Canadian Hydrogen Intensity Mapping Experiment) teleskopu mənbəyi bəlli olmayan sürətli radiosıçrayış qeydə alıb.

Oxu.Az ATel (The Astronomer's Telegram) internet servisinə istinadla xəbər verir ki, iki millisaniyə davam edən işartı iyulun 25-də müşahidə olunub. Siqnalın tezliyi 580 meqahers təşkil edib ki, bu da digər radiosıçrayışlarla müqayisədə ən aşağı göstəricidir.

Sözügedən radioimpuls çox qısa zaman kəsiyində meydana gəlir və kosmik fəzaya böyük həcmdə - Günəşin bir neçə minilliklər ərzində buraxdığı qədər - enerji tullantısı ilə müşahidə olunur.

Bəzi fərziyyələrə əsasən, bu hadisə başqa planetdə fəaliyyətdə olan sivilizasiyalarla əlaqəlidir.

Amma bir qrup alimin nəzərinə görə, belə sıçrayışlar böyük miqyaslı fəlakətlərlə, məsələn, ulduzların parçalanması ilə izah oluna bilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru