Robert Koçaryan istintaqa ifadə verməkdən imtina edib

4-08-2018, 00:43           
Robert Koçaryan istintaqa ifadə verməkdən imtina edib
Ermənistanın konstitusiya quruluşunun devrilməsində ittiham olunan sabiq prezidenti Robert Koçaryan 1 mart 2008-ci ildə keçirilən etiraz aksiyasının dağıdılmasına dair iş üzrə ifadə verməkdən imtina edib.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu cümə günü Xüsusi İstintaq Xidmətinin rəhbəri Sasun Xaçatryan deyib.

"Cənab Koçaryan ifadə verməkdən imtina edib, digər istintaq hərəkətlərində iştirak etməyib və istintaq hərəkətlərinin aparıldığı otağı tərk edib", - deyə Xaçatryan yerli İctimai televiziyanın efirində bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru