Sentyabrın 1-dən maaş və pensiyalar 15 faiz qalxacaq - ŞAD XƏBƏR...

4-08-2018, 09:15           
Sentyabrın 1-dən maaş və pensiyalar 15 faiz qalxacaq - ŞAD XƏBƏR...
Polis və hərbçilərin maaşı 10 faiz, digər vətəndaşların əmək haqqı və pensiyaları isə 15 faiz qaldırılacaq…
Tacikistan sakinlərini bu il sentyabrın 1-dən təqaüd və maaş artımı gözləyir. Moderator.az Rusiya mediasına istinadla yazır ki, bu barədə ölkənin maliyyə naziri Fayiziddin Kaxhorzoda məlumat verib. Onun sözlərinə görə, həmin məqsədlə hökumət öncədən planlaşdırıldığı kimi dövlət büdcəsindən vəsait ayıracaq.

Nazir qeyd edib ki, hüquq-mühafizə orqanları əməkdaşları və hərbi qulluqçuların əmək haqları 10 faiz, büdcədən maliyyələşən digər dövlət qulluqçusu və işçilərin pensiya və maaşları isə 15 faiz artırılacaq. Tələbələrin təqaüdünün artımı da nəzərdə tutulub.

“Bu təşəbbüsün həyata keçirilməsində heç bir maneə yoxdur”,- deyə hökumət rəsmisi vurğulayıb.
Xəbərdə xatırladılır ki, Tacikistanda maaş və pensiyalar sonuncu dəfə 2016-cı ilin iyul ayında qaldırılıb. Həmin vaxt artım 15 - 30 faiz təşkil edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.