Putinin Suriya planı

29-09-2015, 10:22           
Putinin Suriya planı
Rusiya Palmira şəhərini İŞİD-dən geri almaq üçün Suriyaya qüvvə göndərir.

Axar.az xəbər verir ki, bu iddianı İngiltərənin “İndependent” qəzetinin Yaxın Şərq müxbiri Robert Fisk yazıb.

O, Rusiyanın Suriyaya Prezident Bəşər Əsədlə həmrəy olduğunu göstərmək və yaxud Tartusdakı bazalarını qorumaq üçün girmədiyini qeyd edib:

“Rusiya Prezidenti Vladimir Putinin əsas arzusu Palmiranı İŞİD-dən geri almaqdır. O, Roma qalıqlarının olduğu şəhərin ələ keçirilməsinin Rusiyaya böyük prestij qazandıracağını düşünür. Palmiranın qarşıdakı bir neçə həftə ərzində tutulması planlaşdırılır. Bu şəhərin geri alınması Əsədin mövqeyini daha da gücləndirəcək. ABŞ və İngiltərənin bəhs etdiyi keçid hökuməti isə həqiqəti əks etdirmir. Rusiya Suriyaya qoyduğu vəsaitdən sonra Əsədin getməsinə göz yummayacaq. Palmiradan sonra isə Hələbin işğal olunan hissələri geri alına, İŞİD-in paytaxtı Rakka tutula bilər”.

Qeyd edək ki, İŞİD bu ilin mayında qədim Palmira şəhərini ələ keçirib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.