Rüstəmovun adamları Lənkəranı köhnə Şanxayla qarışdırıb - Özbaşınalıq və qanunları saymamazlıq baş alıb gedir VİDEO/ FOTO

25-06-2025, 00:09           
 Rüstəmovun adamları Lənkəranı köhnə Şanxayla qarışdırıb -
Qanunsuz tikintilərlə bağlı mütəmadi,mətbuatda və sosial platformalarda xəbərlər dərc olunmaqdadır.

Cavabdeh qurumlar qanunsuz tikintilərlə mübarizə aparılmasına baxmayaraq bəzi hallarda belə tikintiləri məmurlar himayə edir və qeyri-rəsmi “icazə”si verilir.

XALQ xəbər verir ki, Lənkəran şəhərində dəmir yolu kənarında restoran fəaliyyət göstərir. Görüntülər sosial şəbəkələrdə yayımlanıb.

Belə ki, Lənkəranda dəmir yolu xəttinin bir addımlığında açıq havada restoranın bir hissəsi dəniz sahilində,digər hissəsi isə dəmir yolu relslərinin qarşısında tikilib və fəaliyyət göstərir.

Məsələ ilə bağlı Azərbaycan Dəmir Yollarnda münasibət öyrənmək mümkün olmadı, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinindən də eyni qaydada heç bir açıqlama verilmədi.

Qeyd edək ki, Azərbaycan Dəmir Yollarnda QSC-nin sədri Rövşən Rüstəmovdur.

Qurumların mövqeyini dərc etməyə hazırıq.

TEREF həmin görüntüləri təqdim edir:















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru