"Şokdaydım, baxırdım ki, nə edəcək"

25-06-2025, 00:15           
"Şokdaydım, baxırdım ki, nə edəcək"
"Bir dönəm var idi ki, nəsə olmuşdu və cibimdə 1 manat pulum yox idi. Evdə oturub televiziora baxırdım. Birdən səs eşitdim. Pəncərədən baxanda gördüm ki, xarici maşın mənim avtomobilimi vurub".

Axşam.az xəbər verir ki, bu sözləri aparıcı Elgiz Əkbər verilişində deyib. O, qəzanıtörədən şəxsdən xeyli pul aldığını bildirib:

"Şokdaydım, baxırdım ki, nə edəcək. Bir az qabağa getdi və sonra qayıdıb maşından düşdü. Mən də gədim onun yanında. Salamlaşdıq, çıxarıb mənə 2000 manat pul verdi. Dedi ki, get maşını düzəltdir. Hansı ki, avtomobilin heç 200 manat xərci yox idi. Oturduğum yerdə 1800 manat qabağa düşdüm. İnanılmaz bir şey idi. Yəqin ki, onun üçün pul problem deyildi. O vaxta qədər heç maşın da düzətdirməmişdim. Bilmirdim ki, xərci 200 manat olar. Usta dedi ki, bu məbləğə düzəldəcəyəm".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru