Qırmızı mərci nələrə xeyirlidir?

25-06-2025, 09:08           
Qırmızı mərci nələrə xeyirlidir?
Qırmızı mərci həm qidalandırıcı, həm də müalicəvi xüsusiyyətləri ilə zəngin olan bir paxlalı bitkidir. O, zülal, lif, dəmir, fol turşusu, kalium və B vitaminləri baxımından olduqca zəngindir və müxtəlif sağlamlıq problemlərinin qarşısını almaqda köməkçi rol oynayır.Foodinfo.az qırmızı mərcinin faydalarını təqdim edir:
- Qırmızı mərci dəmir və fol turşusu ilə zəngindir, bu da xüsusilə anemiyası (qanazlığı) olan şəxslər üçün əhəmiyyətlidir. Dəmirin daha yaxşı sorulması üçün C vitamini ilə birlikdə qəbul edilməsi tövsiyə olunur.
- Tərkibindəki yüksək qida lifi sayəsində bağırsaq hərəkətlərini tənzimləyir, qəbizliyin qarşısını alır və həzm sisteminin sağlamlığını qoruyur.
- Kompleks karbohidratlarla zəngin olduğu üçün şəkərin qana yavaş-yavaş keçməsini təmin edir. Bu, xüsusilə şəkər xəstələri üçün faydalıdır və insulin müqavimətini azaldır.
- Mərci xolesterolu aşağı salmağa kömək edən lif və kalium ehtiva edir. Bu da qan təzyiqini tənzimləyir, ürək ritmini sabit saxlayır və infarkt riskini azaldır.
- Aşağı kalorili və uzun müddət tox tutan bir qidadır. Yeməklərə mərci əlavə etmək aclıq hissini azaldır və çəki nəzarətini asanlaşdırır.
- Fol turşusu tərkibi sayəsində dölün sağlam inkişafı üçün faydalıdır. Neyral boru qüsurlarının (sinir sisteminə bağlı doğuş qüsurlarının) qarşısını almağa kömək edir.
- Zülal baxımından zəngin olduğu üçün vegeterian və ya ətsiz qidalanan şəxslər üçün ətə alternativ sayılır. Hüceyrə bərpası və əzələ inkişafına müsbət təsir edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru