Dünyanın ən kiçik dronu istehsal olundu - Radarlara görünmür + VİDEO

Dünən, 17:44           
Dünyanın ən kiçik dronu istehsal olundu - Radarlara görünmür + VİDEO
Çinli alimlər müdafiə və texnologiya sahəsində daha bir yeniliyə imza atıblar.

"AzPolitika" xarici KİV-ə istinadla xəbər verir ki, onların hazırladığı dünyanın ən kiçik pilotsuz uçuş aparatı təxminən ağcaqanad ölçüsündədir və ordu tərəfindən kəşfiyyat missiyalarında istifadə olunacaq.

Çin mənbələrinin yaydığı məlumata görə, Çin Xalq Azadlıq Ordusuna tabe olan Milli Müdafiə Texnologiyaları Universitetinin (NUDT) robotika laboratoriyasındakı alimlər mikrorobotlar üzərində genişmiqyaslı tədqiqat aparırlar. Bu kontekstdə hazırlanmış yeni nəsil biyonik mini dron həm kəşfiyyat, həm də döyüş sahələrində xüsusi tapşırıqları yerinə yetirmək üçün nəzərdə tutulub. Universitet tələbələrindən biri jurnalistə müsahibəsində əlindəki robotu göstərərək, bunun miniatür bir ağcaqanad formasında dron olduğunu və çox gizli əməliyyatlarda istifadə edilə biləcəyini deyib.
Yayımlanan videoda mikrodronun gövdəsinin yan tərəflərində yarpaq formalı qanadların yerləşdirildiyi görünür. Alimlər bildirirlər ki, bu cür çox kiçik cihazların istehsalı son dərəcə çətindir - çünki sensorlar, idarəetmə sistemləri və digər elektronik komponentlər çox kiçik səthlərdə yerləşdirilməlidir.

Maraqlıdır ki, bu mikrorobotlar yalnız hərbi sahədə deyil, tibb elmi üçün də potensial daşıyır. Çinli alimlər bu texnologiyanın terapiya, cərrahiyyə və diaqnostika sahələrində mikro və nanorobotlar formasında istifadə imkanlarını da araşdırırlar.

Hazırda ictimaiyyətə təqdim olunan bu cihazın gizli əməliyyatlarda aşkarlanmasının demək olar ki, mümkün olmadığı bildirilir.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.