"Ford" 132 mindən çox avtomobili geri çağırır

25-06-2025, 07:30           
"Ford" 132 mindən çox avtomobili geri çağırır
ABŞ-nin avtomobil nəhəngi "Ford" 2020-2025-ci illər arasında istehsal edilmiş 132 914 ədəd "Lincoln Aviator" modelini geri çağırır.

Bu barədə "Reuters" xəbər yayıb.

Bildirilir ki, avtomobillərdə arxa qapıların pəncərə barmaqlıqlarının hərəkət zamanı yerindən qopma riski var. Bu, xüsusilə nəqliyyat vasitəsinin yolla təmasının zəiflədiyi hallarda baş verə bilər.

Hələlik bu nasazlıqla bağlı heç bir xəsarət halı qeydə alınmasa da, mümkün qəza riski yüksək qiymətləndirilir. Şirkət bildirib ki, avtomobil sahiblərini tez bir zamanda məlumatlandıracaq və onlar problemin rəsmi servis mərkəzlərində ödənişsiz aradan qaldırılması üçün müraciət edə biləcəklər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru