Mingəcevirin İcra başçısı himayə etdiyi "Seyid"-in xətrinə 8 sürücünü işsiz qoydu - İDDİA
Bu gün, 15:42

TEREF Mingəçevir-Xaldan marşurtunda işləyən sürücünün şikayətini təqdim edir:
Azərbaycan Prezidenti Adminstrasiyasının rəhbəri cənab Samir Nuruyevə
Mingəçevir –Xaldan marşurtunda işləmiş aşağıdakı şəxslər tərəfindən
Ə R İ Z Ə
Hörmətli Samir müəllim, yazıb sizə bildirik ki, biz aşağıda imza edənlər- 1986-cı ildən Mingəçevir-Xaldan marşurtunda işləyən Məmmədov Cahil Rəcəb oğlu, 1986-cı ildən Mingəçevir-Xaldan marşurtunda işləyən Məmmədov İlham Salman oğlu,2002-ci ildən Mingəçevir-Xaldan marşurtunda işləyən Kərimov Mail Paşa oğlu, 2010-cu ildən Mingəçevir-Xaldan marşurtunda işləyən Paşayev Mahir Kamal oğlu, 2012-ci ildən Mingəçevir-Xaldan marşurtunda işləyən Abbasov Rasim Vidadi oğlu,2018-ci ildən Mingəçevir-Xaldan marşurtunda işləyən 1-ci Qarabağ savaşının qazisi Əhmədov Hümbət Əhməd oğlu, 2020-ci ildən Mingəçevir-Xaldan marşurtunda işləyən İbrahimov Qədim Qoçu oğlu, 2021-ci ildən Mingəçevir-Xaldan marşurtunda işləyən İmanov Razi Elxan oğlu həm mənəvi, həm də hüquqi baxımdan haqsızlıqla üzləşmişik. Bunun səbəbkarlarından ən birincisi icra başçısı İlham İsmayılovdur. Ona görə ki, icra başçısı guya şəhərin bazar ətrafında səliqə-səhman yaratmaq, şəhərin ekoloji təmizliyini qorumaq, sərnişindaşıma xidmətinin keyfiyyətini artırmaq məqsədi ilə müvafiq qurumlar qarşısında məsələ qaldırıb.

Eyni zamanda sözügedən marşurt avtobuslarının şəhərin içərisinə girməsinin qadağan olunmasını AYNA-nın yerli qurumundan və Mingəçevir şəhər polis şöbəsinin DYP bölməsindən qanunla tələb edilib. İcra hakimiyyətinin iclaslarında dəfələrlə bəyan edib ki,Mingəçevir-Xaldan marşurtunun mikroavtobusları şəhər avtovağzalına daxil olmalı və oradan da çıxmalıdır.

Bundan sonra bizə marşurt xəttinindəki mikroavtobusların yenilənməsinin müsabiqəyə çıxarılması ilə bağlı məlumat bilərəkdən qanunla müəyyən olunan vaxtda verilməyib.Və təbii ki, yeni mikroavtobusların alınması tələbi ilk növbədə bizə təklif olunmalı və bizə vaxat verilməli idi. Ancaq bunu etmədilər. Həm də ona görə ki, dırnaqrası müsabiqəyə icra başçısı İlham İsmayılovun himayə etdiyi sahibkar qatılmışdı(dayısı Şəfa ilə birlikdə hər yerdə başçısının dəstəyindən razılığını bəyan edir).

Amma ən azından etikaya uyğun olaraq, şəhər rəhbəri kimi İlham İsmayılov da, AYNA-nın buradakı nümayəndəsi də, şəhərdə hər işlə məşğul olan “sahibkar” da bizimlə görüşüb söhbət aparmalı idi. Sahibkar da “Seyid” olduğu, imanlı olduğu üçün bizdən ən azından hallalıq almalı idi. Bu da olmadı. Qanun-qaydadan dəm vuran icra başçısı nəzərə almalı idi ki, bu insanlara-bizə ciddi maddi-mənəvi, həmçinin psixoloji ziyan vurmaqla bərabər, ölkədəki işsizlər ordusunun sayının artmasına “töfhə” verib.
Əhali ilə görüşlərində söz verdiyi kimi maşallah mərkəzi bazarın ətrafını da “gülə-çiçəyə” döndərib(yaradılmış vəziyyətdən adam utanıb yerə girir). Yeni mikroavtobuslar gələndən bazar ətrafında heç nə dəyişməyib,əksinə, qarmaqarışıqlıdan,səs-küydən,anti-sanitar vəziyyətdən ərazidə hərkət etmək olmur.Bir sözlə,icra başçısı İlham İsmayılovun bütün bu oyunları biz kasıbların başında , bir “seyid”in aşında olub(ailəmizin yeganə işləyənləri biz olmuşuq).

Hörmətli Samir müəllim, uzun illər sərnişindaşıma xidmətindəki fəaliyyətimizi, ailəmizin üzləşdiyi ciddi sıxıntıları və yuxarıda sadaladıqlarımızı nəzərə alaraq Sizdən xahiş edirik ki, tezliklə “sahibkar seyid”in iştirakı ilə bizi qəbul edib dinləyəsiniz və icra başçısının maskalanmış əməllərinə qiymət verərək,onun cəzalandırılmasını təmin edəsiniz. Həmçinin Mingəçevir-Xaldan marşurtunun şəhərin məkrəzi hissəsinə qanunsuz girşinin məhdudlaşdırılması üçün aidiyyatı üzrə göstəriş verəsiniz.
Əvvəlcədən təşəkkürümüzü bildiririk.
İmzalar:
_____________ Əhmədov Hümbət Əhməd oğlu(Qarabağ qazisi)
_____________ Məmmədov İlham Salman oğlu
_____________ Kərimov Mail Paşa oğlu
_____________ Paşayev Mahir Kamal oğlu
_____________ Abbasov Rasim Vidadi oğlu
_____________ Məmmədov Cahil Rəcəb oğlu
_____________ İbrahimov Qədim Qoçu oğlu
_____________ İmanov Razi Elxan oğlu
TEREF Mingəçevir İcra hakimiyyəti ilə əlaqə saxlasada suallarına cavab ala bilmədi. Yenədə qarşı tərəfində şikayətdə qaldırılan iddialarla bağlı mövqeyini dərc etməyə hazırıq!
TEREF