Ərdoğan və Tramp arasında görüş: Regional məsələlər müzakirə olundu

25-06-2025, 08:45           
Ərdoğan və Tramp arasında görüş: Regional məsələlər müzakirə olundu
Türkiyə və ABŞ Prezidentləri Rəcəb Tayyib Ərdoğan və Donald Tramp NATO-nin Haaqada keçirilən sammiti çərçivəsində görüşüblər.

Oxu.Az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Aparatının Kommunikasiyalar İdarəsi "X" sosial şəbəkəsində məlumat yayıb.

Bildirilir ki, görüşdə liderlər ikitərəfli əlaqələri, regional və beynəlxalq məsələləri müzakirə ediblər.

Türkiyə prezidenti bildirib ki, müdafiə sənayesində əməkdaşlığın inkişaf etdirilməsi iki ölkə arasında ticarət dövriyyəsini 100 milyard dollar hədəfinə çatdırmağı asanlaşdıracaq.

O, Trampın səyləri ilə İsrail və İran arasında əldə olunmuş atəşkəs rejimini məmnuniyyətlə qarşılayıb və bunun daimi olacağına ümidvar olduğunu bildirib, Qəzzada baş verən humanitar faciənin tezliklə başa çatmasında və Rusiya-Ukrayna müharibəsinin sülh yolu ilə həllində sıx dialoqun vacibliyini vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru