"İrana qarşı kampaniya bitməyib" - Eyal Zamir

25-06-2025, 07:54           
"İrana qarşı kampaniya bitməyib" - Eyal Zamir
İsrailin İrana qarşı hərbi kampaniyası bitməyib, qarşıda yeni mərhələ var, lakin hazırda hərbçilərin diqqəti Qəzza zolağındakı döyüşlərə yönələcək.

"Report" xəbər verir ki, bunu İsrail ordusunun baş qərargah rəisi, general-leytenant Eyal Zamir əməliyyat müşavirəsinin yekunlarına görə deyib.

Hərbi komandan deyib ki, İsrail mühüm mərhələni başa vurub: "İrana qarşı kampaniya hələ bitməyib. Biz indiki nailiyyətlər əsasında yeni mərhələyə qədəm qoyuruq".

Qeyd edək ki, iyunun 24-ə keçən gecə ABŞ Prezidenti Donald Tramp İsrail və İran arasında atəşkəsin qüvvəyə mindiyini elan edib. İsrail bundan əvvəl İranın atəşkəsi pozaraq raketlər atdığını bəyan edib. İran Silahlı Qüvvələrinin Baş Qərargahı raket zərbəsi ilə bağlı məlumatı təkzib edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru