ABŞ Rusiyadan silah almasına görə Hindistana sanksiya tətbiq edə bilər

30-08-2018, 07:32           
ABŞ Rusiyadan silah almasına görə Hindistana sanksiya tətbiq edə bilər
ABŞ Hindistanın Rusiyadan S-400 zenit-raket kompleksləri də daxil olmaqla, silah almaq planlarından narahat olaraq, bu ölkəyə qarşı sanksiya tətbiq etməyi nəzərdən keçirir.

“Report” xəbər verir ki, Birləşmiş Ştatların müdafiə nazirinin Asiya – Sakit okean regionu işləri üzrə köməkçisi Rendall Şriverin sözlərinə görə, Hindistanın planlarının sanksiyaların köməkliyi ilə Amerikanın düşmənlərinə qarşı mübarizə Aktının təsiri altına düşmə ehtimalı var.

"Bu barədə qərarı ABŞ prezidenti verəcək", - deyə o bildirib.

Şriver əlavə edib ki, ABŞ Rusiya və Hindistan arasında hərbi əlaqələri tanıyır, lakin Vaşinqtonu onlar üçün daha perspektivli tərəfdaş hesab edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru