Necə oldu ki dollarda Allaha "inandılar" - “In God we trust”

30-08-2018, 22:15           
Necə oldu ki dollarda Allaha "inandılar" - “In God we trust”
Bütün dollar banknotlarında və dəmir pulların üzərində “In God we trust” sözləri yazılıb. İlk dəfə qəpiklərdə bu ifadə, 1864-cü ildə ABŞ-da vətəndaş müharibəsi zamanı yaranıb. Dəmir qəpiklərə bu ifadə ölkənin Maliyyə Nazirinin təşəbbüsü ilə həkk edilir. Belə ki, keşiş Mark Uotkinson maliyyə nazirindən xahiş edirki, dollarda Allah sözləri xatırlansın. O zamanlar vətəndaş müharibəsi zamanı ABŞ-da din mühüm rol oynayırdı. Odur ki, keşiş bunu nazirdən imansızlarla mübarizə xatirinə yazılmasını istəyir. Elə bundan sonra müxtəlif dəmir pullar üzərində bu ifadə yazılmağa başlayır.

1956-cı ildə prezident Duait Eyzenhauer bu ifadəni milli deviz edir. 1960-cı ilin ortalarında isə “In God we trust” ifadəsi bütün dollar banknotlarında qeyd olunmağa başlayır. Deyilənlərə görə bunu ABŞ ateist SSSR-nə qarşı fikirləşib.

Uzun illər insanlar bu ifadənin pulun üzərində olmasına etiraz ediblər. Hərkəsin buna öz səbəbləri olub. Etirazçılar arasında ABŞ prezidenti Teodor Ruzvelt də olub. O bu ifadənin pul üzərində olmasını Allaha hörmətsizlik hesab edirdi. 1970-ci ildə ABŞ məhkəməsinə bu ifadənin banknotların və dəmir pulların üzərindən götürülməsi barədə şikayət daxil olur. Lakin məhkəmə qərara çıxardır ki, pulların üzərində bu ifadənin olması patriotik xarakter daşıyır. Daha sonra bu məsələ ilə bağlı dəfələrlə ABŞ məhkəməsinə şikayətlər daxil olur. Sonuncu şikayət 2018-ci ilin avqustunda edilib. Lakin bunların heç biri məhkəmə tərəfindən öz təsdiqini tapmır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.