Avstriyalı sürücülük vəsiqəsinə başında aşsüzənlə şəkil çəkdirmək haqqı qazandı FOTO
29-09-2015, 21:31
teref.az xarici mətbuata istinadən yazır ki,Avstriyalı Niko Alm 3 illik mübarizədən sonra sürücülük vəsiqəsinə başında aşsüzənlə şəkil çəkdirmək hüququ qazanıb. Avstriya qanunlarının müsəlman qadınlarının başı bağlı şəkil çəkilməsinə icazə verməsinə etiraz edən Niko özünü postafarian dininin üzvü elan edib. Və bəyan edib ki, bu dinin üzvləri UÇAN MAKARON MONSTRINA sitayiş edirlər. O elan edib ki, onun dini ondan başında aşsüzənlə şəkil çəkdirməyi tələb edir! teref.az