İsrail İran münaqişəsi. ABŞ nin sülhə olan maraqları yaxud vaxt qazanmaq istəyi ?
Bu gün, 09:17

Bu gün səhər saatlarında mediada İran İsrail arasında atəşkəs əldə edilməsi ilə bağlı rəsmi məlumatlar yayıldı. Belə ki, Donald Tramp ABŞ nin vasitəçiliyi ilə iki ölkə arasında sülhün əldə edildiyini bildirdi. Bəs bütün bu baş verənlər nəyə hesablanmışdı?
İran İsrail münaqişəsinin əsas başlanma səbəbi olan nüvə proqramı və uranın zənginləşdirilməsi məsələsinin həlli üçün hələ aylar öncə Omanın paytaxtı Məşqətdə və İtaliyanın paytaxtı Romada keçirilən ABŞ İran diplomatik görüşləri nəticə vermədi.
Əslində, ABŞ və İsrail onsuz da İrana qarşı hərbi əməliyyatlara gec ya tez başlayacaqdılar çünki, bu Ölkə yaxın Şərqə dini və etnik təsir baxımından güclü təsir və nüfuza malikdir. Hizbullah, Həmas, İraqda fəaliyyət göstərən İran meyilli hərbi qüvvələr və qruplaşmalar, Livanda və Suriyada xüsusi təşkilatlar bura daxildir. Lakin, İsrail 2023 cü ilin 7 oktyabrı Həmasın İsrailin cənubunda yerləşən şəhərlərə etdiyi hücumlardan sonra başladığı genişmiqyaslı hərbi əməliyyatlarla yuxarıda adı çəkilən qüvvələri sistemli şəkildə aradan qaldırdı və ya da zəiflətdi.
Beləcə, İranı müttəfiqlərindən məhrum edərək özü üçün ətrafına qoruyucu sədd çəkdi.
İsrail hələ ötən əsrin 67 ci ili 6 günlük müharibə və 73 cü ili Yam Kippur müharibəsi ilə Misir, Suriya və digər ərəb ölkələrinə qalib gəlməklə öz gücünü göstərdi.
67 ci ildə tutduğu Sinay yarımadasını Misirə Yam Kippur müharibəsindən sonra qaytarmaqla halbuki, İsrail qalib gəlmişdi o daha düşünülmüş plana imza atdı.
Sinayı qaytarmaqla Misirin bir daha bu ölkəyə hücum etməyəcəyini təmin etdi, regionun ən böyük ölkələrindən olan bu müsəlman dövləti sülh vasitəsilə normal diplomatik münasibətlərə cəlb etməklə cənub sərhədlərini qorudu.
2010 cu ildə Tunisdə başlayan və Liviya, Misir, Suriya, Oman, Bəhreyn kimi ölkələrə yayılan ərəb baharı da Qərb beyin mərkəzlərinin illər öncədən cızdığı xüsusi strategiya alqoritmi idi.
Ərəb baharı adı çəkilən ölkələrin bir çoxunda ciddi iqtisadi, siyasi böhrana səbəb oldu, yerli ziyalı və intellektual baxımdan seçilən insanlar vətənlərini tərk edərək Avropa və ABŞ a qaçqın düşdülər.
Situasiyanı yaradan dairələr isə hərəkətə keçərək sülh və sabitləşdirici qüvvə kimi həmin dövlətlərin ərazilərində hərbi bazalar yaratdı, əsgər və texnika yerləşdirdi.
Zəifləmiş və parçalanmış dövlətləri idarə etmək, təbii sərvətlərinə yiyələnmək onlar üçün asanlaşdı.
İsrail isə ABŞ nin yaxın müttəfiqi və for postu kimi yaxın Şərqin əsas hegemon dövləti olaraq artıq 1948 ci ildən bəri nəzarətçi funksiyasını yerinə yetirir.
Güclü kəşfiyyat (MOSSAD) və düşmən ölkələrdə fəaliyyət göstərən və Tel Əvivə dəstək verən gizli xüsusi qurumlar vasitəsi ilə İsrail istənilən hərbi hücum, əks kəşfiyyat, planlardan anında xəbər tutur, yüksək rütbəli şəxslərin bütün dosyesini əldə edir, ən gizli məlumatları asanlıqla əldə edir.
Təsadüfi deyil ki, İran İsrail münaqişəsi başlayanda evlərində hava hücumu ilə öldürülən Tehran hərbi vəzifəliləri və nüvə proqramçıları da məhz bu yolla aradan götürülmüşdülər.
ABŞ da artıq hələ aylar öncə bütün ehtimal hadisələrə hazırlıq görmüşdür.
İranın zəiflədilməsi üçün ilk hədəf nüvə başlığı istehsalında Tehranı geri çəkilməyə razı salmaq idi.
Bəzən, bir sıra mənbələr qeyd edir ki, əgər nüvə silahı istehsalı barədə Tehran güzəştə getsə idi, müharibə olmayacaqdı amma bu fikir səhvdir. İran nüvə silahı olmadan İsrail və ABŞ nin qarşısında artıq elə də ciddi problem kimi dayanmayacaq və gələcək müharibə şəraitində bu koalisiya böyük dağıntı ilə, əsgər və texnikasının kütləvi məhv olması ilə üzləşməyəcəkdi.
İlkin olaraq, İsrail İran münaqişəsinin ilk günlərində ABŞ neytrallığını qorusa da dünən erkən səhər saatlarında Tehranın nüvə infrastrukturuna zərbələr endirərək Tel Əvivlə eyni ideyada olduğunu sübut etdi.
İran isə ABŞ nin İraq, Qətər, Küveytdə yerləşən hərbi bazalarına avia zərbələr endirərək cavab əməliyyatı keçirdi. Bunun qarşılığında ABŞ nin də yenə avia hücumlar həyata keçirəcəyi, müharibənin qlobal xarakterli olacağı düşünülürdüsə, qəfil Tramp X hesabında İsrail İran arasında atəşkəsin əldə edildiyini bildirdi.
ABŞ nin bu manevri ona əsas verir ki, Tehranın Hörmüz körfəzini bağlaması ilə dünya iqtisadi bazarına ciddi ziyan dəyə, qiymətlər isə kəskin dəyişə bilərdi. Əsas Neft ixracatçılarından olan İranın neftinin satışının dayandırılması isə ABŞ daxil böyük ölkələrin rifah səviyyəsinə, maddi durumuna təsir edə bilər deyə Vaşinqton müharibəyə qatılmaq istəməyərək atəşkəsin əldə edilməsi üçün iki ölkəni razılığa gətirdi. Digər tərəfdən, Ukrayna ilə müharibə aparan Rusiyaya sanksiyalar tətbiq edən, Kiyevə yardımlar edən ABŞ 3 ildir davam edən müharibədən narazı qalan əhaliyə görə birbaşa erkən hərbi müdaxilədən çəkindi. Çünki, bu cəmiyyət daxilində sosial böhranı daha da dərinləşdirə bilər. ABŞ tərəfi anlayır ki, ordusunun əsgərlərinin savaş nəticəsində itkisi baş verərsə onların ailə üzvləri ayağa qalxa , müəyyən anti Tramp müxalif qüvvələr fəallaşa bilər.
Həmçinin, ABŞ Kiyev Moskva məsələsi fonunda hərbi yardımlarının yalnız Ukraynaya getməsinin tərəfdarıdır ikinci müharibə zonası ilə nə birinci böhran dairəsində nə ikincidə hər hansı ciddi nəticə əldə edə bilməz
İsa İsmayılov Elşad Oğlu,siyasi şərhçi.