Rusiya kəşfiyyatının hədəfi… - Britaniya hökuməti AÇIQLADI
9-09-2018, 09:52
Böyük Britaniyanın kritik əhəmiyyətli infrastrukturu Rusiyanın Silahlı qüvvələrinin Baş Kəşfiyyat İdarəsinin (QRU) haker hücumları seriyasına məruz qalıb.
Publika.az xəbər verir ki, bu haqda Britaniya hökumətindəki mənbələrə istinadən “The Daily Telegraph” qəzeti bildirib.
Nəşrin məlumatına görə, Moskvada yerləşən Rusiyanın xüsusi xidmət orqanının hədəfi Britaniyanın energetika şəbəkələri, telekommunikasiya sistemləri və media təşkilatları olub. Kibertəhlükəsizlik üzrə Milli Mərkəzin (NCSC) əməkdaşları 2016-2017-ci illər dövründə 600-dən çox kiberhücuma reaksiya veriblər.
Britaniya hökumətindəki mənbələr güman edir ki, QRU-nun rəhbərliyi altında öyrədilən agentlər bu yaxınlarda həyata keçirilən kibercasusluğa görə məsuliyyət daşıyırlar.