Almaniyada 22 yaşlı gənc əfqanlar tərəfindən qətlə yetirildi – Fotolar
9-09-2018, 19:04
Almaniyada 22 yaşlı gənc iki Əfqanıstan vərəndaşı tərəfindən bıçaqlanaraq qətlə yetirilib. AzEuroNews.com xəbər verir ki, hadisə Saksoniya-Anhelt əyalətinin Köthen şəhərində qeydə alınıb.
Belə ki, 22 yaşlı Almaniya vətəndaşı olan gənc Köthen şəhərindəki “Karsplatz” deyilən yerdə iki əfqan tərəfindən bıçaqlanıb.
Hadisə yerindən qaçan əfqanları polis yaxalamağı bacarıb. Bıçaqlanan gənc isə, elə hadisə yerindəcə ölüb.
Saxlanılan əfqanların birinin 18, digərinin isə 20 yaşı var.
Qətlə yetirilən 22 yaşlı gəncin cənazəsi bu gün günorta saatlarında kilsəyə gətirilib. Orada mərhumla vida mərasimi keçirilib.
Məlumat üçün qeyd edək ki, hadisə bu gün səhər saatlarında baş verib.